Ekvatorial Qvineya Fransanı korrupsiya ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham edərək, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Fransaya qarşı iddia qaldırıb.
“Ekvatorial Qvineya BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasından irəli gələn öhdəliklərini pozması halları ilə bağlı mübahisəyə görə Fransaya qarşı iddia qaldırıb”, – deyə məhkəmə bildirişində qeyd olunur.
İşlə bağlı detallar hələ açıqlanmayıb.
Mənbə: TASS
www.102info.az