Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 883 nəfərdir.
Ölkədə son sutka ərzində 2 656, hazırkı dövrədək isə 7 252 623 test aparılıb.
www.102info.az