“Avropanın qış üçün kifayət qədər qazı olacaq”.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Komissiya sədri Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bu barədə fikirlərini ifadə edib.
“Azərbaycan kimi etibarlı tədarükçülər və digər dostlarımız bu kritik anda bizə kömək etdilər”, – deyə o qeyd edib.
EU Commission President @vonderleyen: Europe will have enough gas for the winter. Reliable suppliers like #Azerbaijan & other friends helped us in this critical moment. pic.twitter.com/Wwss7K4nBS
— Nasimi Aghayev (@NasimiAghayev) October 1, 2022
Eyni zamanda Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da öz “Twitter” hesabından interkonnektorun açılışı ilə bağlı paylaşım edib.
“Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum. Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”, – deyə səfir vurğulayıb.
Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum. Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan 🇦🇿-nın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur https://t.co/TxqJoL240P
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 1, 2022
www.102info.az