Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 821 635 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 810 889 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 827 nəfərdir.
Ölkədə son sutka ərzində 2 223, hazırkı dövrədək isə 7 254 846 test aparılıb.
www.102info.az