Cəlilabadda yük avtomobili maneəyə çırpıldı: Xəsarət alanlar var

Cəmiyyət

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, Uzuntəpə kəndində yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Nuriyev Rövşən Abbas oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir