Braziliyada oktyabrın 30-da keçiriləcək prezident seçkisinin ikinci turunda keçmiş prezident (2003-2010) Luis İnasio Lula da Silva və hazırkı dövlət başçısı Jair Bolsonaru mübarizə aparacaqlar.
Bu barədə ölkənin Ali Seçki Məhkəməsinin internet saytında dərc edilmiş elektron seçki qutularının protokollarının 99,99 faizinin yoxlanılmasından sonra məlum olub.
Lula da Silva 57,2 milyon insanın dəstəyi ilə 48,42% səs toplayıb. Bolsonaru isə 51 milyon səslə 43,2% dəstək alıb.
Qeyd edək ki, oktyabrın 2-də Braziliyada prezident seçkisi ilə yanaşı, vətəndaşlar ştatın qubernatorlarını, senatorların üçdə birini, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarını seçiblər.
www.102info.az