Türkiyədə ifaçını mahnıya görə öldürdülər

Dünya

Türkiyədə musiqiçi, gitara ifaçısı Onur Şener mahnıya görə öldürülüb.

Bu barədə müğənni Haluk Levent bildirib.

Belə ki, Ankaranın Çankaya rayonunda gecə klubunda üç nəfər naməlum şəxs musiqiçi Onur Şenerdən mahnı ifa etməsini istəyiblər. Musiqiçi mahnını bilmədiyini deyəndə həmin adamlarla Şener arasında mübahisə başlanıb və onlar butulkaları qıraraq musiqiçiyə atmağa başlayıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb. Hadisə yerinə polislər və tibb işçiləri gəliblər.

Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar üç nəfər nəzarətə götürülüb.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir