Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ölkəmizin İraqdakı səfirliyinin təşəbbüsü ilə Kərkük şəhərində “Füzuli” orta məktəbinin şagirdlərinə dərs vəsaitləri ilə birgə 120 məktəb çantası hədiyyə edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə AİDA-nın “Twitter” hesabında bildirilib.
Qeyd olunub ki, Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədovun çatdırdığı hədiyyələr arasında xüsusi hədiyyə – Şuşa haqqında kitab da olub.
Upon initiative by @AzEmbassyIraq, 120 school bags with educational supplies were provided by #AIDA to the students of the #Fuzuli secondary school in #Kirkuk🇮🇶.
The aid delivered yesterday by @Nasir_Mammadov contained a special gift – a book about “#Shusha”. pic.twitter.com/53mqYQ2Syq— AIDA – Azerbaijan International Development Agency (@AIDAzerbaijan) October 3, 2022
www.102info.az