Vətən müharibəsi, oktyabrın 4-ü: Cəbrayıl şəhəri və doqquz kənd işğaldan azad edilib – SİYAHI + FOTO/VİDEO

Müharibə

44 günlük Vətən müharibəsinin gedişatında, oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində bir sıra uğurlar qazanıb.

Oxu.Az xatırladır ki, müzəffər Azərbaycan Ordusu həmin gün rayonun Cəbrayıl şəhərini işğaldan azad edib.

Eyni gündə Cəbrayıl rayonunun doqquz kəndi də Ermənistan işğalçılarından təmizlənib.

Həmin kəndlər bunlardır: Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu.

Bildirək ki, adıçəkilən ərazilərin azad edilməsi xəbərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində elan etmişdi.

Prezident qələbə sevincini “tweet” ataraq da xalqla bölüşmüşdü.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir