Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində mühüm məqamlara toxunub.
Baku TV xəbər verir ki, Prezident İlham Əliyev ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatının “Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək” məqsədi daşıdığını deyib.
Ali Baş Komandan bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik:
“Ona görə də, toqquşmaların ilk saatlarından başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.
Əslində dövlət başçısı dəfələrlə ona bu istiqamətdə ünvanlanan suallara cavabı dəyişməz qalıb.
Bəli, biz bu gün öz dogma, düşmən tapdağı altında olan yurdlarımızdan erməniləri qovuruq. Özü də yüksək məharət və peşəkarlıqla!
Millət vəkili Jalə Əliyeva məsələ ilə bağlı Baku TV-yə bildirib ki, Azərbaycan özgəsinin torpağında müharibə aparmır:
“Ən ümdəsi Azərbaycan qarşı tərəfin dinc əhalisini, mülki insanlarını qətlə yetirmir. Bəli, biz bu gün qisasımızı alırıq. Amma düşmən torpağında deyil, öz torpağımızda”.
Millət vəkili Arzu Nağıyev Baku TV-yə məsələ ilə bağlı qeyd edir ki, bu gün müharibə tək səngərlərdə getmir, eyni zamanda informasiya müharibəsi, diplomatik müharibə gedir:
“Nə qədər ermənilər özlərinin lobbiçiliyindən istifadə eləsələr də, birmənalı şəkildə aydındır ki, Azərbaycan haqq işindədir, Qarabağ Azərbaycan torpaqlarıdır.”