Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində müvəqqəti komendant saatı tətbiq ediləcək.
Saat 20:00-dan 6:00-a qədər olacaq komendant saatı oktyabrın 4-dən qüvvəyə minir.
Bu barədə şəhər hakimiyyəti məlumat verib.
“Göstərilən vaxtda şəhər daxilində hərəkət qadağandır”, – deyə məlumatda qeyd edilib.
Atom elektrik stansiyası və istilik elektrik stansiyasının növbədə olan işçiləri şəhərdə hərəkət zamanı üzərlərində şəxsiyyət vəsiqəsi və xüsusi buraxılış vərəqəsi saxlamalıdırlar.
Mənbə: Gazeta.ru
www.102info.az