İranın şimalında yerli vaxtla saat 03:21-də 5,6 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin cənubunda qeyd alınıb.
Ocağı təxminən 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub. Zəlzələ həmçinin Türkiyənin Van və Hakkari şəhərlərində də hiss olunub.
Mənbə: Haber Global
www.102info.az