Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
www.102info.az