Nəsimi rayon sakinləri kanalizasiya problemindən narazıdırlar.
Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər məlumat veriblər.
Bildirilib ki, bir ildir rayonun Mərdanov Qardaşları küçəsi 59-da kanalizasiya suları küçəyə axır, məsul qurum tərəfindən heç bir tədbir görülmür.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirib ki, sözügedən ünvanda problemin həlli üçün Nəsimi Rayon Sukanal İdarəsinə məlumat verilib:
“Ərazidə araşdırma aparılacaq və qəza aradan qaldırılacaq”.




İlhamə Əbülfət
www.102info.az