OPEC+ neft hasilatını azaldır

Dünya

OPEC+ ölkələri nazirlərinin Monitorinq Komitəsi gündəlik neft hasilatını iki milyon barel azaltmağa razılaşıb.

Yayılan xəbərlər fonunda London birjasında Brent markalı neftin qiyməti artmağa başlayıb, bir barel üçün 93 dollardan yuxarı qalxıb.

“Bloomberg”in məlumatına görə, oktyabrın 5-də Vyanada keçirilən OPEC üzvlərinin və digər hasilatçıların genişləndirilmiş iclasının iştirakçıları neft hasilatının azaldılmasının digər variantlarını – gündə bir milyon və 1,5 milyon barel azaltmağı müzakirə ediblər, lakin yekunda maksimum azalma ilə bağlı razılığa gəliblər.

Mənbə: meduza.io

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir