Sirkin proqramında dəyişiklik edilib: Filləri atlar əvəz edəcəklər

Cəmiyyət

“Ən böyük arzumuz Bakı Dövlət Sirkində beynəlxalq festivalların keçirilməsidir”.

Bunu Oxu.Az-a açıqlamasında sirk ustası və təşkilatçı Allahverdi İsrafilov deyib.

Onun sözlərinə görə, builki proqramda dəyişikliklər edilib:

“Fil və dostları” adlı proqram şoudan çıxarılıb. Bu, Rusiyadan Azərbaycana fillərin gətirilə bilməməsi ilə bağlıdır. Filləri atlar əvəz edəcəklər”.

A.İsrafilov proqrama milli rəqslərin olacağını əlavə edib.

Nəzrin Vahid

www.102info.az