Qətər əmiri Çexiya səfərini yarımçıq dayandırdı

Dünya

Qətər əmiri Şeyx Tamim bin Hamad Al Tani Çexiyaya səfər edib.

Səfər Çexiya Prezidenti Miloş Zemanın dəvəti ilə baş tutub.

Lakin Qətər əmiri Çexiyaya üç günlük nəzərdə tutulan səfərini yarımçıq dayandırıb. O, elə gəldiyi gün Praqanı tərk edib.

Bu barədə diplomatik mənbələr məlumat veriblər.

Bildirildiyinə görə, əmir bəzi tələblər irəli sürüb ki, çex diplomatiyası bunları təmin edə bilməyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir