Ukrayna İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olur.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Biz Ukraynanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olması prosesinə başlayırıq. Bu, ən nüfuzlu qlobal təşkilatlardan biridir, 38 ən güclü dövləti birləşdirir. Bunlar demokratiyadır, bazar iqtisadiyyatıdır, bu, dünyanın iqtisadi potensialının böyük hissəsidir. Avstriyadan Yaponiyaya, Amerika Birləşmiş Ştatlarından Cənubi Koreyaya, Kanadadan Türkiyəyə qədər uzanır. Ukrayna da bu formatda onların arasında olacaq. Biz üzvlük üçün müraciətimizi vermişik, təşkilat tərəfindən dəstəklənib. Ukrayna xüsusi qoşulan ölkə statusu alıb. Və biz tamhüquqlu üzvlük üçün bütün lazımi şərtləri yerinə yetirəcəyik”, – deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu il Kiyevdə təşkilatın regional ofisi açılacaq.
Mənbə: UNİAN
www.102info.az