Tarixdə bu gün hansı hadisələr baş verib?
Noyabrın 6-da baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1861 – Cefferson Devis Amerika Konfederativ Ştatlarının prezidenti seçilib.
1926 – Azərbaycanda radio yayımları başlanıb.
1937 – İtaliya Almaniya və Yaponiya arasında imzalanmış antikomintern paktına qoşulub.
1943 – Kiyev alman qoşunlarından azad edilib.
1944 – ABŞ-da plutonium radioaktiv elementi sintez edilib.
1967 – Bakı Metropoliteninin “Bakı soveti”, “26 Bakı komissarı”, “28 aprel”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları istismara verilib.
1985 – Boqotada 19 aprel Hərəkatından olan solçu silahlı qrupun Ədalət Sarayında törətdiyi atışmada 11-i Ali Məhkəmənin hakimləri olmaqla, 115 nəfər ölüb.