İsmayıllıda 63 yaşlı qadın sevgilisi tərəfindən şantaj olundu

Kriminal

İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

“Kriminalqafqaz”ın xəbərinə görə, rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyeva bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb.

O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir