Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonunda “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında qeydə alınıb. Burada 19 yaşlı Səmədov Şəhriyar Şahin oğlu yaşadığı evdə özünü asıb.
Onun özünü hansı səbəbdən öldürdüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az