Azərbaycanda dərman sektoru idxaldan asılıdır

Cəmiyyət

“Azərbaycanda dərman sektoru idxaldan asılıdır”. 

Bunu Oxu.Az-a açıqlamasında “Beynəlxalq Əczaçı günü” və Respublika əczaçılarının 3-cü konfransı zamanı Əczaçılar Qrupu İctimai Birliyinin sədri Şövqi Bünyatov deyib. 

Onun sözlərinə görə, konfransın əsas mövzusu əczaçılar sektorundakı problemlərdir:

“Biz burada əsas hədəfi istehsal üzərində qoymaq istəyirik. Azərbaycanda dərman sektoru idxaldan asılıdır. 95 faiz məhsul idxal olunub”. 

Ş.Bünyatov pandemiya zamanı Azərbaycanda dərman qıtlığı olduğunu qeyd edib: 

“Pandemiyada dərman qıtlığı müşahidə olunurdu. Yerli istehsal zəifdir. 2016-cı ildən yerli istehsalla bağlı böyük ərazi ayrılmışdı. Yerli istehsal üçün 30-40 zavod olmalıdır ki, dərman təhlükəsizliyi təhdid altında olmasın”. 

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir