Ələt Azad İqtisadi Zona yeniliklər və inkişaf gətirəcək

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonanın təməlini qoydu.Dövlət başçısı prezident İlham Əliyev 22 may tarixində  Ələt Azad Ticarət zonasının yaradılması ilə bağlı imzaladığı fərman bu istiqamətdə  işin daha da formalaşmasına zərurət yaratdı.Ələt Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixrac yönümlü istehsalın təmin olunmasıdır.Bizdə kifayət qədər daxili investisiyalar,kifayət qədər xaricdən gələn neft sektoruna yönəldən investisiyalar var.Amma bizə maraqlı tərəfi qeyri-neft sektorunda güclü bir inkişaf olsun.Bu məqsədlə Azad İqtisadi Zona yaradılıb.Layihənin hazırlanması ölkəmizin reqional mövqeyini gücləndirməyə şərait yaradacaq.

Ələt Azad İqtisadi Zonası bir tərəfdən yerli istehsalın genişləndirilməsinə imkan verəcək.Çünki Zonada fərqli qeyri-neft məhsullarının istehsalı nəzərdə tutulub,bu da istehsalın genişləndirilməsi baxımından vacibdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması,iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi ölkəmizin ixrac potensialının artırılması,xarici investisiyanın cəlb edilməsi,biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində vacib layihələr icra olunub.Azad İqtisadi Zonanın Ələtdə yaradılmasının səbəbi ondan ibarətdir ki,Ələtdə boş torpaq sahələri çoxdur.Bu torpağların əksəriyyəti kənd təsərrüfatı üçün yararsızdır.Həmdə Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır.İlk növbədə ərazinin genişləndirilməsi nəzərdə tutulub.Ərazi 400 hektar sahəni əhatə edəcək,sonra isə həmin zonaya 600 hektar əlavə ərazinin artırılması nəzərdə tutulur.Ərazinin genişləndirilməsində əsas məqsəd daha çox sərmayənin cəlb edilməsi və iş yerlərinin sayının artırılmasıdır.

Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi baxımından vacib bir layihədir.

Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri fəaliyyətinin beynəlxalq hüquqla tənzimlənməsidir ki, bu, zonaya hasilatın pay bölgüsünə uyğun statusun verilməsi deməkdir:

Eyni zamanda Azərbaycan hökuməti tərəfindən Ələt Azad İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. Bütün bunlar xüsusən aparıcı xarici şirkətlərin investisiya qoyuluşunu təşviq etmək baxımından vacibdir. İstehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin isə xarici bazara çıxarılması təmin olunacaq. Eyni zamanda Ələt İqtisadi Zonası Azərbaycan üçün texnologiya vasitələrinin cəlb edilməsi baxımından da vacibdir. Bu, yeni iş yerlərinin, xüsusən də ixtisaslı kadrların iş yerləri ilə təminatına müsbət təsir göstərəcək.

Ələt Azad İqtiadi Zonası coğrafi yerləşmə baxımından da mühüm əhəmiyyət kəsb edir. Bunun zonada istehsal edilən məhsulların ixracı baxımından kifayət qədər böyük üstünlükləri var. Ələt İqtisadi Zonasının fəaliyyətə başlamasından sonra Azərbaycanın qeyri-neft ixracının da artacağı proqnozlaşdırılır.Bu, bir tərəfdən qeyri-neft sektorunda istehsal edilən məhsullarının həcminin artmasına və bütövlükdə sektorun inkişafına zəmin yaradacaq. Həmçinin daxili bazara daha çox yerli istehsal olan məhsulların çıxarılmasına imkan verəcək. Nəzərə alsaq ki, Ələt paytaxta yaxın ərazidir, təbii ki, ixtisaslı kadrların daha yüksək maaşlı işlə təmin olunmasına şərait yaradacaq. Çünki bura xüsusən aparıcı şirkətlərin investisiya qoyacağı proqnozlaşdırılır”.

Narınc Ağayeva,

Salyan rayon Uşaq-Gənclər İnkişaf mərkəzinin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir