Erməni hərbi əsirlər Baklda parada çıxarılacaq?

AKTUAL

Bir neçə gündür ki, erməni ictimai xadimləri və siyasətçiləri erməni hərbi əsirlərin “şərəf və ləyaqəti” uğrunda mübarizəyə qoşulublar və onların dərhal geri qaytarılmasını tələb ediblər. Yerevanda hesab edirlər ki, Bakı onları bilərəkdən saxlayır ki, Bakıda qələbə paradında erməni əsirlərin rüsvayçılıq yürüşünü təşkil etsin. Vaxtilə yüzlərlə alman əsirini Moskva küçələrində məhz belə rüsvayçılıqla keçiriblər.

Ermənilər alçalma və rüsvayçılığın dərəcəsini dərk edərək özləri üçün belə bir ssenarinin qarşısını hər vəchlə almağa çalışırlar. Erməni diasporunun lideri Ara Abramyan hətta elan edib ki, bu məsələ ilə bağlı Vladimir Putinə şəxsən müraciət edib, guya o da  yardım edəcəyini vəd edib.

Nə demək olar?

Ermənilərə xatırlatmaq istəyirəm ki, 17 fevral 1992-ci ildə Arabo və Aramo dəstələri Martuni rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal edib yandırmışdılar. O zaman yerli məktəbdə bir neçə nəfər diri-diri yandırılmışdı. 118 yerli sakin əsir götürülmüşdü. Onları Xankəndiyə apararkən yolüstü dayanıb hər bir erməni kəndinin qarşısında bir neçə adamı güllələyirdilər. Bundan əlavə, bir neçə yaralını silos quyusunda diri-diri basdırımışdılar.

Sonra 54 əsir kişini alt paltarında avtomat lüləsi atında, camaat ələ salaraq  Xankəndi küçələrində yeridirdilər. Əsir götürülmüş qaradağlılardan ancaq 8 nəfəri dəyişdirib geri qaytarmaq mümkün olub.

Qaradağlı faciəsindən başqa Malıbəyli, Xocalı, Ağdaban, Meşəli və digərləri də vardı. Hər yerdə ermənilər eyni şeyi edirdilər.

Nə üçün biz bunu unutmalıyıq və Cenevrə Konvensiyası haqda düşünməliyik?

Ermənilər düz edirlər ki, belə biabırçılıqdan çəkinirlər.

İlham Əliyev erməni əsirləri qoyun sürüsü kimi Bakının küçələrində nəinki yürütməli, hətta bunu əmr etməyə BORCLUDUR!  Rədd olsun konvensiya! Bu biabırçılıq ermənilərin tarixində silinməz ləkə kimi qalacaq. Bu kadrlar tarixi salnamələrə, dünya KİV-lərinə daxil olacaq və İkinci Qarabağ Müharibəsi haqda danışılanda hər dəfə nümayiş etdiriləcək.

Erməni cəmiyyəti öz günahının cəzasını axıra qədər çəkməlidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir