“Rüstəm Muradov özünü qondarma rejimin “müdafiə naziri” kimi aparır” – AÇIQLAMA

AKTUAL

Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun qondarma rejimin rəhbəri Arayik Arutyunyanla qucaqlaşan şəkli Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Bir çoxları Rüstəm Muradovu qondarma rejimi və Arayik Arutyunyanı dəstəkləməkdə günahlandırır.

ria24.az xəbər verir ki, bununla bağlı danışan Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu gün sülhməramlı adı altında fəaliyyət göstərən Rusiya ordusu nəinki orada olan qondarma rejimə dəstək verir, həm də onun bir hissəsi kimi fəaliyyət göstərir: “Rüstəm Muradov orada azərbaycanlılara və ermənilərə eyni münasibət bəsləyən, bitərəf mövqe tutmalı olan Rusiya Silahlı Qüvvələrinin rəhbəri kimi yox, sanki qondarma rejimin “müdafiə naziri” kimi özünü aparır. Bu, çox ciddi məsələdir. Azərbaycan hakimiyyəti bu məsələni diqqət mərkəzində saxlamalıdır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi bitərəf olmağa borcludur.

Digər tərəfdən də Rusiya sülhməramlıları Azərbaycanın ərazisində yerləşir. Bu baxımdan sülhməramlılar orada olan qondarma rejimi dəstəkləməli deyil, Azərbaycanın qanunlarının həmin ərazidə işləməsinə nail olmalı, azərbayacanlıların və ermənilərin təhlükəsizliyinə təminat vermək missiyalarını icra etməlidirlər. Ona görə də digər məsələlərə qarışmaq və orada olan separatçılara dəstək vermək kimi qanunsuz hərəkətlər pislənməli və bunun qarşısının alınması üçün təcili tədbirlər görülməlidir”. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir