Yaxın gələcəkdə bu peşələr “öləcək”

AKTUAL

Mühasib, yük maşını sürücüləri və taksi sürücülərinin peşələri yaxın 10 ildə lazımsız hala düşmə riski ilə üzləşiib.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyanın “SuperJob” iş axtarışı xidmətinin rəhbəri Aleksey Zaxarov bildirib.

Onun sözlərinə görə, mühasiblərə tələbat rəqəmsallaşmanın artması və elektron sənəd dövriyyəsinə kütləvi keçid fonunda azalır, pilotsuz maşınlar isə gələcəkdə sürücüləri əvəz edə bilər.

“Konveyerdən çıxacaq bütün yeni yük avtomobilləri ya hazırda insansız əməliyyat üçün yenidən təchiz olunma ehtimalına baxır, ya da belə bir fürsəti çox yaxın gələcək üçün nəzərdə tutur”, – deyə o, vurğulayıb.

Zaxarov bildirib ki, yaxın illərdə xarici dil müəllimlərinin də peşəsi risk altındadır: bu da böyük ölçüdə texnologiyanın inkişafı ilə əlaqədardır. O, elektron tərcümə xidmətlərinin səmərəliliyinin artdığını, dillərin öyrənilməsinin isə artıq çoxları üçün sadəcə hobbi halına gəldiyini açıqlayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir