Aqil Abbas Nəcməddin Sadıqovun yerini dedi

AKTUAL

Fikrimcə, Nəcməddin Sadıqov hazırda villalarının birində ev dustağıdır.
Bu sözləri millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas açıqlamasında Baş Qərargahın sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqov haqda danışan deyib.
“Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Görünür, özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz.
Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı. Yəqin evində, villalarının birində ev dustağı olar”.
Millət vəkili deyib ki, bu məsələnin rəsmən elan edilməməsi xüsusi xidmət orqanlarının işidir:
“Hər dövlət orqanının öz işi var, onu da yəqin ki, bir gün açıqlayar”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir