Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana…-FOTO

AKTUAL

Yoldaş Putin görsə, deyərdi: “Rusiya da qondarma dövlətdir ki, bayrağıyla separatçıların əskisini yanaşı asmısız? Azərbaycana hörmət etmirsiz, heç olmasa, özünüzə hörmət edin…”

Tarixi-hüquqi baxımdan, eləcə də Rusiya lideri demiş, beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının halalca yaşayış məntəqəsi olan Xankəndi şəhərinin girişində hazırda Rusiya dövlətinin(!) bayrağı  və qondarma separatçı-terrorçu erməni rejiminin əski parçaları yanaşı asılıb.
Bu barədə məlumat və foto sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. Göründüyü kimi, yolun sol tərəfində Rusiya bayrağı və erməni cındırı növbələşir… Yolun sağında isə, səhv etmiriksə, işğalçı və məğlub Ermənistan əskiləri ilə separatçıların cındırları növbə ilə asılıb…
P.S. Görünür, Rusiya Prezidenti möhtərəm yoldaş Putinin bundan xəbəri yoxdur. Yoxsa sülhməramlıların komandanı Rustam Mədətova, üzr istəyirəm, Muradova  deyərdi: “Rusiya da qondarma dövlətdir ki, onun bayrağıyla separatçı rejimin əski parçasını yanaşı asmısız? Utanın!  Azərbaycana hörmət etmirsiz, heç olmasa, özünüzə hörmət edin…”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir