İctimai Televiziyada “Azərbaycan Mədəniyyəti” sosial şəbəkə platforması haqqında – VİDEO

AKTUAL

“Azərbaycan Mədəniyyəti sosial şəbəkə platfoması” dövlətini sevən və dəstəkləyən bir platforma olaraq 4 ildir fəaliyyət göstərir.Təsadüfi deyil ki, məhz bu platformanın təşəbbüskarı və ideya müəllifi Nicat Müslümovdur. Dövlətini sevən bir Azərbaycan vətəndaşı bunula yanaşı həm də Azərbaycan xalq mahnılarına o cümlədən muğamına çox böyük marağı var və sevgisi olduğundan bu yolda. Hər kəsə bəllidir ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğama qayğısı. Azərbaycan respublikası prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən, muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir.

Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur. Azərbaycan mədəniyyəti sosial şəbəkə platformasının Media rəhbəri Fidan Əliyevanın sözlərinə görə Gənclər sosial şəbəkədə xalq mahnılarını, muğamı təbliğ edirlər dövlətimiz mədəniyyətimizə dəstək bizim məqsədimiz dövlətimizin gördüyü işlərə dəstək olmaq Azərbaycan Mədəniyyəti sosial şəbəkə platforması ondan ibarətdir ki, Azərbaycan gəncliyinin tarixi musiqilərimizi unutmasının qarşısını almaq, milli dəyərləri təbliğ etməkdir. Bu layihə çərçivəsində sosial şəbəkələrdə “Azərbaycan mədəniyyəti” adlı səhifə yaradılıb və 20 mindən çox izləyici cəlb edilib. “Azərbaycan mədəniyyəti” sosial platformasında muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda da şəbəkə platforması olaraq təbliğ edir, müxtəlif sosial şəbəkələrdə və çox üzvlü qruplarlarda da paylaşım edirik. “Platformada dəfələrlə ali məktəblərə muğam gecələri təşkil edilib, əlillər evində xeriyyə konsertləri həyata keçirilmişdir. Vətənpərvərlik ruhda bir sıra tədbirlər olub. Sosial şəbəkələrdə orta və ali məktəb uşaqlarını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirmək də bizim məqsədlərimizdən biridir. Qeyd edək ki, layihəyə gənc koordinatorlar təyin olunmuşdur ki, bütün paylaşılan informasiyalara koordinatorlar nəzarət edir.Platformanın sosiyal şəbəkə üzrə koordinatoru ve Xanəndə Rühəngiz Musayevanın sözlərinə görə Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televizyada yayımlanacaq verilişin tarixi və saatı ilə bağlı bilgilər yayımlanır ki, bu da izləyicilərdə maraq yaradıb”. Rühəngiz xanımın sözlərinə görə, bu layihə həm də Azərbaycan gənclərini muğam sənəti ilə bağlı maarifləndirmək deməkdir müxtəlif sosial şəbəkələrdə və çox üzvlü 100 dəfələrlə qruplarlarda da paylaşım edirik. Ölkədə güclü vətənpərvər gənclik də yetişir və həmin gənclər öz həmyaşıdlarını sözügedən vasitə ilə onlar arasında müsbət mənada təbliğat işi aparılır. Eyni zamanda bu vasitə ilə Azərbaycanı da layiqli formada tanıdırıq. Sosial şəbəkələr vasitəsilə həyata keçirilən bu cür məqsədyönlü təşəbbüslərdən biri də “Azərbaycan Mədəniyyəti” sosial şəbəkə platformasıdır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir