Ağdamın gerbinin hazırlanması üçün elan verildi

AKTUAL

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb. Elanda deyilir: “Əziz vətəndaşlar və dünya azərbaycanlıları! Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə görülən tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasının olduqca mühüm əhəmiyyəti var. Bunu nəzərə alaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olaraq, əziz vətəndaşlarımızı və dünya azərbaycanlılarını bu işdə bizə dəstək olmağa çağırırıq. Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Gerbin hazırlanması ilə əlaqədar tələblər: 1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmişi, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərilməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir. 2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq [email protected] e-mail ünvanına göndərilməlidir. 3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir: a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir; b. Gerbin bütün elementləri – ümumi forma, rəmzi işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir; c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir. 4. Elektron məktub göndərilərkən mövzu bölməsinə “Ağdam gerb eskizi” yazılmalıdır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir