Demək olar ki, bütün dünyada qlobal problemlərdən biri sayılan “Narkomaniya və onun yol açdığı infeksiyaların profilaktikası” daima nəzarət altında saxlanması gərəkli olan mühüm dövlət əhəmiyyətli bir məsələdir. Qeyri-sağlam həyat tərzi, riskli davranış və risk faktorlarına aludəlik bəzi kütləvi yayılan infeksiyalara yol açaraq, insanların sağlamlığı və cəmiyyət üçün sosial təhlükə yaradır.
*
Aludəçilik ve yaxud asililiq (addiksiya), bir insanın hər hansı bir fəaliyyət növü ilə məşğul olmağa yaranan aşırı ıistəyidir. Alkaqolizm, siqaret çəkmək, narkomaniya və hətta, günümüzdə çox geniş yayılan sosial şəbəkə vərdişi özü də addiksiyaya aiddir.
*
Bəs görək, bu gün gənclər arasında sürətlə yayılan bir bəlaya çevrilən narkomaniya nədir?
Narkomaniya, müxtəlif mənşəli narkotik vasitələrdən istifadə etdikdə yaranan xroniki xəstəlik halıdır. Narkotik maddələr mərkəzi sisteminə spesifik təsir göstərərək, tez bir zamanda asılılıq yaradan maddələrdir. Qəbul edilən narkotik maddənin təsiri başa çatdıqdan dərhal sonra, orqanizmdə yaranan və dönə-dönə yeni doza narkotiklərin qəbulunu tələb edən hal, narkotik abstinensiya sindromu (“Lomka”) adıanır. Rus dilində “Lomka”, “qırılma” mənasını verir. Tütünə və alkoqollu içkilərə nisbətən narkotiklərin abstinensiyası çox ağır keçir. Belə ki, narkotik asılılğı olan şəxslərin orqanizmində, narkotik maddə aclığı yarandığı zaman onların , “sümüklərinin qırılması” şəklində şikayət edikləri, güclü sümük ağrısı ilə müşayiət olunan, şiddətli əzələ gərilmələri baş verir. Müxtəlif narkotik maddələrin abstinensiya sindromları da fərqli təzahür edir. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc, yeni doza əldə etmək üçün, əlindən gələn təhlükəyə atılır və hətta cinəyat işləyir.
Narkomaniya zərəli vərdişlərdən ən təhlükəlisidir. Narkotik maddələrin uzun müddətli qəbulu zamanı orqanizmin bütün orqan və sistemlərinin normal fəaliyyəti pozulur və şəxsiyyətin sosial deqradasiyası baş verir.
Narkotikdən istifadə edənlərin əksəriyyəti, müasir tibbdə, hələdə tam sağalması mümkün olmayan müxtəlif təhlükəli infeksiyalara İİV/QİÇS, hepatit B, C və digər təhlükəli infeksiyalara yoluxur, gənc yaşlarda öz həyatını itirirlər.
*
Narkomaniyanın müalicə məsələlərinə gəlincə, qeyd etməliyik ki, olduqca çətin və uzun müddətli müalicəsi, narkomanları həm ailəsi və həm də cəmiyyət üçün ağır bir yükə çevirir. Əksər hallarda gənc ailələr dağılır, ailə münaqişələri və bu münaqişələr zəmnində inkişaf edən müxtəlif faciələr baş verir.
Bu gün bütünlükdə cəmiyyət üçün sosial təhlükə olan narkomaniya ilə mübarizədə birgə fəaliyyət olduqca zəruridir.
————————_
Sədaqət Fuad, yazıçı