Yaşamış olduğumuz müasir texnologiyalar dövrü insan əməyini nə qədər yüngüləşmiş olsada, insanın gündəlik qayğı və problemlərini kökündən həll edə biləcək, elə bir mexanizm hələ ki, icad olunmayıb. Həyatda hər birimiz, müəyyən məqsədlər üçün mübarizə aparırıq. Bu məqsədlər insanın həyatının mənasına çevrilir və çətin onlarda onu tolerant edir. İnsanın məqsədinin olması onun həyatında həlledici rol oynayır. Məqsədiz insan bir növ saplağından qopmuş, bir yaprağa bənzəyir. Belə ki, o asanlıqla küləyin axınına qapılıb uzaqlara sovrula bilər. Məqsəd isə, bir növ qaranlıqda addımlayan insanın sonda çatması tələb olunan işıq kimidir. Yol boyu insanı motivasiya edir və qarşısına çıxacaq çətinlikləri aşmasında ona köməkçi olan bir güc olur. Bu bir həqiqətdir ki, həyat hər kəsə alicənab deyildir və o, bizləri müxtəlif ağlagəlməz çətinliklərlə üzləşdirir. Lakin, həyatdakı bütün çətinliklərdə müvafiq olaraq bir çıxış yolu mütləq vardlr. Dözümlü olmaq, çətinliklərlə üzləşmək və o çıxış yolunu axtarmaq üçün, insana ilk növbədə sağlam orqanizm, sağlam düşüncə, mohkəm iradə və özünə inam gərəklidir. Nə qədər inkişaf etmiş olsada elm və texnoloğiya insan problemlərini kökündən həll edə biləcək başqa bir alternativ yarada bilməyib.
İnsanın əhvalı ruhiyyəsini yaxşılaşdıran müxtəlif alkollu içkilər, nəşə, narkotik və qeyri- narkotik tərkibli, heç bir maddə bizi çətinliklərdən xilas edə bilməz.
*
Biz gənclərimizə zərərli vərdişlərin insan sağlamlığına əksər neqativ təsirlərini və gələcəkdə yaratmış ola biləcəyi sosial problemləri düzgün izah etməlik. Yanaşı olaraq, biz onlara zərərli vərdişlər, onların yol açdığl müxtəlif infeksion xəstəliklər və onlardan qorunma yolları kimi bilgiləri təbliğ etməliyik.
Bu gün bəlkə düşdüyü çətinlik və yaxud, həzz naminə zərərli vərdişlərə üz tutan gənc, çox tezliklə malik olduğu bütün dəyərləri ondan qoparacaq bir yola başladığını yaxşı bilməlidir.
*
Bütün dünyada dəvam etməkdə olan və insanlarımızın heç də alışıq olmadığı xüsusi pandemiya şəraitiində, gənc nəslin narkomaniya və digər zərərli vərdişlər mövzusunda düzgün
şəkildə maarifləndirməsi olduqca zəruri bir məsələdir və çeşidli geniş təbliğat üsülları tələb edir.
“Şüurlu və sağlam genofondun”
formalaşmasında öz töhvəsini vermək istəyən cəmiyyətsevər olaraq, ğənclərin “ Zərərli vərdişlər və onların yol açdığı müxtəlif infeksion xəstəliklərin profilaktikası” mövzusunda maariflənməsinə həsr etdiyim könüllü fəaliyyətimdə, qazanmış olduğum təcrübələrimə istinad edən, bir sıra müvafiq tövsiyyələrim vardır.
Lakin, indi bunu qeyd vacib bilirəm ki, bizlər bu təbliğata çox etkən yaşlardan, həyatı, insanlığı, ananı, vətəni, sevməyi öyrətməklə başlamalıyıq. Çünki, sevgidən yoxsul olan bir insan üçün tirmək qorxusu yoxdur!
Məqsədə bağlanın və zərərli vərdişlərə elə bu gün yox deyin!
————————_
Sədaqət Fuad, yazıçı