Qız dünyaya gələndə sanki o evə nur çilənir, qızın ayağı qızıl olur deyirlər. Qız ilk öncə övladdır, bacıdır, yardır. Anadır, nənədir. Bütün bu gözəlikləri özündə birləşdirən, adı zərif özü güclü bir varlıqdır qız.Öz evinin xanımı, qulluqçusu, dayəsi.Bir sözlə, qız dünyanın nur işığıdır. Qız böyüyüb ailə qurur, ana olur.Övladını sevə-sevə böyüdür.Onun nazı ilə oynayır, ailənin təməlini möhkəmləndirən də elə qadınlardır.O qadınlar ki, həm evdə həm də işdə çalışıb ailəsinin və övladlarının gələcəyi üçün dinclik nədir bilmir.Övladını yuxusuz qalıb böyüdür, onun şad gününü arzularla gözləyir.Qadın böyük qüvvədir, o öz ailəsinin dirəyidir. Belə mərd, igid qadınlar Dərbəndimizdə də az deyil.Bu qadınlardan biri də əsl Azərbaycan xanımı Jurnalist Raziyyə İmranqızıdır.Qeyd edim ki, Dövlət işçisi, mədəniyyət işçisi, hətda sürücü, bənna. Qadınlar hər sahədə öz igidlikləri ilə iz qoyublar.Taa qədim zamanlarda belə, qadınlar həyat yoldaşları ilə bərabər xış sürərdilər, əkin əkərdilər.Xalça, corab toxuyardılar.Kənd yerində yaşayan analarımız, inəy sağıb yağ, pendir hazırlayardılar. Çiyinlərinə səhəng alıb bulağa su üçün gedərdilər.Kolxozda pamidor sahəsində, üzüm bağlarında kişilərlə bərabər çalışardılar.Amma indi ki, dövrdə isə Raziyyə xanım kimi xanımlarımız çox azdır barmaqla saymaq olar.Dəyərli Raziyyə xanım, Allah sizi qorusun var olun hər zaman yaxşı ki, varsınız sizi çox istəyirəm əzizim.
Nuranə Abdullayeva