Quliyev Qulu Qüdrət oğlu ona göstərilən etimadı layiqincə doğruldur – foto

AKTUAL

Son bir neçə ildir ki, ölkəmizin hüquq-mühafizə orqanlarının, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumların fəaliyyətləri, daha çox ictimaiyyətin diqqətini cəlb etməkdədir.

Çünki, bu sahə müstəqil Azərbaycan Respublikasının əsas sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara diqqət yetirib, əksər hallarda bəlli münasibətlərini də ifadə edirlər.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatın verilməsindən sonra ölkəmizin daxili işlər orqanlarında fərqli ab-hava əmələ gəldi.

Bundan əlavə, tam əksəriyyətin düşüncəsində belə bir fikir də formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili olması, məhz ölkəmizin daxili işlər orqanı sahəsində yaşanan bəzi problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Həqiqət naminə qeyd edək ki, ötən 1 il 8 ay ərzində bu yöndə lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir.

Belə uğurlu addımlardan biri də cənab Nazirin təyinatı ilə İmişli rayonunda yerləşən 11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə polis-polkovnik leytenantı Quliyev Qulu Qüdrət oğlunun rəis təyin edilməsi oldu.

Vəzifəyə təyin olunduğu ilk gündən Qulu Quliyev ona göstərilən etimadı layiqincə doğruldur. Bura avtomobilini texniki baxış üçün gələn hər kəs anındaca yola salınır. Vətəndaşlar arasında kiçik sorğumuza əsasən deyə bilərik ki, yol-hərəkət qaydalarını mükəmməl mənimsəyən hər kəs burada imtahan verərək sürücülük vəsiqəsini əldə edə bilir. Bütün bu yaradılan şərait üçün insanlar Qulu müəllimə minnətdardırlar.

Təvazökarlığından özü deməsə də, öyrəndik ki, sən demə, Qulu müəllim qazi və şəhid ailələrindən olan nümayənlərin qayğısını şəxsən öz vəsaiti hesabına yoluna qoyur. Bu qədər səmimi və xeyirxahlığı onu göstərir ki, qalib ölkənin qalib vətəndaşı kimi əlinə silah alıb ön cəbhəyə yola düşmək əsas deyil. Əsas olan elə öz postunda vəzifəsinin öhdəsindən layiqincə gəlməkdir. Yeri gəlmişkən, Qulu Quliyev (1990-1993-cü illərdə) 1-ci Qarabağ döyüşlərində  Azərbaycan polisi olaraq döyüşüb və müharibə veteranıdır. Bax, budur bizim qələbəmizin əsas səbəbi.

Bütün insani keyfiyyətləri özündə cəmləşdirən Qulu Quliyev Qüdrət oğluna çətin və məsuliyyətli işində yalnız və yalnız uğurlar arzu edirik! İşiniz irəli, Qulu müəllim!

Sadalanan yüksək insani dəyərlərinə görə Qulu Quluyev “qaynar-xett.az” Azərbaycan xəbər portalının dostu adına layiq görülüb. Təbrik edirik!

Zaur Əhmədov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir