TIR aşdı, taxıl yola dağıldı – VİDEO

AKTUAL

Hacıqabulda iritonnajlı yük avtomobili aşıb.  

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkət edən taxıl daşıyan TIR qəfil aşıb və bütün yükü yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.

Yola dağılan taxıl təmizlənib, tıxac aradan qaldırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir