Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası; ASC-nin qanunsuz hərəkətlərinə niyə göz yumurlar.

AKTUAL


Çox Hörmətli Prezident!
Ölkəmiz və xalqımız üçün taleyüklü məsələlərlə məşğul olduğunuz bir vaxtda,
Sizin vaxtınızı aldığım üçün Sizdən üzr istəyirəm. Həm də, diqqət və qayğınıza görə
qabaqcadan təşəkkürümü bildirirəm.
Nəzərinizə çatdırıram ki, 2021-ci ildə Sizə çoxsaylı şikayət ərizələri ilə müraciət
etmişəm. Amma süründürməçilik və özbaşınalıq nəticəsində şikayət ərizələrim Baş
Prokurorluqda obyektiv, qanuni araşdırılmadığı üçün Sizə təkrar olaraq müraciət edirəm.
; Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası; ASC-nin qanun suz
hərəkətləri barədə mənə məlum olmayan səbəbdən cinayət işi açılmamışdır.
; Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası; ASC apardığı tikinti işlərində
“ZZ Procurement; QSC-dən aldığı tikinti materiallarının əvəzinə tikdiyi yaşayış
evlərindən həmin şirkətə mənzillər vermişdir.
; ZZ Procurement; QSC də öz növbəsində ona ayrılmış həmin mənzillərdən Bakı
şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595-ci məhəllədə, Y. Əliyev
küçəsində, 6 saylı binadan 1-ci blok, 3-cü mərtəbədəki, 30 saylı (köhnə nömrə 25),
ümumi sahəsi 82,11 m 2 olan 2 otaqlı mənzilini 17.09.2020-ci il tarixli 19671 nömrəli
müqavilə ilə 73899 manata; yenə həmin binada l-ci blokun 3-cü mərtəbəsindəki 28
saylı (köhnə nömrəsi 23), ümumi sahəsi 112,32 m 2 olan 3 otaqlı mənzili 17.09.2020-
ci il tarixli 19670 nömrəli müqavilə ilə 101.000 manata; 7 saylı binadakı 1-ci blok 10-
cu mərtəbəki 115 saylı (köhnə nömrəsi 98), ümumi sahəsi 112,32 m 2 olan 3 otaqlı
mənzili 17.09.2020-ci il tarixli 19669 nömrəli müqavilə ilə 101.000 manata; 7 saylı
binadakı l-cu blok, 8-8- mərtəbədəki 95 saylı ( köhnə nömrəsi 80), ümumi sahə 92,06
m 2 olan 2 otaqlı mənzili 17.09.2020-ci il tarixli 19672 nömrəli müqavilə ilə 82854
manata, 7 saylı binadakı l-ci blok, 9-cu mərtəbədəki 106 saylı( köhnə nömrəsi 90),
ümumi sahəsi 92,06 m 2 olan 2 otaqlı mənzili 17.09.2020-ci il tarixli 19673 nömrəli
müqavilə ilə 82854 manata mənə satmışdır.Aldığım mənzillərin pulunu 441,607
manat məbləğində pulu nağd olaraq ; ZZ Procurement; QSC-nin rəhbəri Samir
adlı şəxsə ödəmişəm. Mənzilllər ;Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”
ASC-nin balansında olduğu üçün müqavilələri ;ZZ Procurement; QSC-nin razılıq
məktubu əsasında ;Akkord Sənaye Tikinti Investisiya Korporasiyası; ASC ilə mən
bağlamışam. Mənzillətin mənim ilə bağlanmış alqı-satqı müqaviləsinin 2.2 bəndində
də göstərilmişdir. Amma indiyə qədər nə mənzillərin açarlarını mənə vermirlər, yəni
mənzilləri mənə təhvil vermirlər, nə də mənzillərin mülkiyyətimə verilməsi barədə
dövlət qeydiyyatının aparılması üçün onların dəyərinin ödənilməsi barədə maliyyə
arayışlarını və sair zəruri sənədləri mənə vermirlər.
Xahiş edirəm, nağd pulla aldığım yuxarıda göstərilən 5 mənzilin mənə təhvil
verilməsi və mənim mülkiyyətimə verilməsinin sənədləşdirilməsi üçün hər iki
şirkətin, yəni ;Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası; ASC-nin və ; ZZ
Procurement; QSC-nin rəhbərlərinə və Baş Prokurorluqda cinayət işinin açılması
barədə göstəriş verəsiniz.
Sizə böyük hörmət və ehtitamla,
Heydərli Səid Əli oğlu

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir