Lerikdə 5 ton narkotik bitki məhv edildi

AKTUAL

Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.

Modern.az-ın xəbərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir