Prezident Rauf Vəliyevi təltif etdi

AKTUAL

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevi təltif edib.

Modern.az-ın məlumatına görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən, Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sənəddə qeyd edilib ki, R.Vəliyev Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir