Həmkarlara üzvlük könüllüdür – RƏSMİ

AKTUAL

AHİK fərdi üzvlük və könüllülük əsasında formalaşan ictimai təşkilatdır. Məcburi üzvlükdən söhbət gedə bilməz.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri Nuranə İbadova deyib.

O bildirib ki, AHİK-ə üzvlüklə bağlı müraciətlərin sayı çoxalır:

“Məcburi üzvlüklə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, AHİK-ə müraciət edildikdən sonra həmin şəxs üzvlükdən çıxarıla bilər”.