18 yaşından aşağı ailə quranların SAYI

AKTUAL

Azərbaycanda ötən il 18 yaşından aşağı 185 qadın rəsmi nikaha daxil olub.

Modern.az bu barədə məlumatı Dövlət Statistika Komitəsindən əldə edib.

Kişilər arasında belə hallar qeydə alınmayıb.

Qeyd edək ki, rəsmi qanunvericiliyə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaşdır. Ancaq ötən il qüvvədə olan Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən, nikah yaşı üzrlü səbəblərdən 1 il azaldıla bilərdi. Sözügedən istinsa bu il ləğv edilib.

Elnur Əmirov

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir