İcra başçısı məsuliyyəti Müdafiə Nazirliyinin üstünə atdı – ŞƏHİDLƏRİ ONLAR DƏFN EDİB

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yağış suyu basmış şəhid məzarları haqqında danışıb.

İcra başçısı bu olaya görə məsuliyyət daşımadığını deyib:
“Şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da şəhər qəbiristanlığıdır. Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.

İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: “Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir