Siyavuş Novruzov: “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər”

“Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik”.
Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.
Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:
“ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?”.
Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir