Bu qidalar sizi koronavirusdan qoruyur

Araşdırma

Britaniyalı həkim Gida Meyker koronavirusdan qoruya bilən qida məhsullarının adlarını açıqlayıb.

ria24.az xəbər verir ki, o, bu barədə “Daily Express”ə danışıb.

Meyker bildirib ki, mikroelementlərin müəyyən dəsti ilə birgə fəaliyyət göstərən qida məhsulları orqanizmi koronavirusa qarşı zəruri maddələrlə təmin edə bilər:

“İmmun sistemi: A, C, D, E, B6 və B 12, folatlar, sink, dəmir, mis və selen vitamin və minerallar kompleksini tələb edir”.

O, C vitamini ilə zəngin olan brokoli, şirin bibər, brüssel kələmi və sitrus meyvələrindən istifadə etməyi məsləhət görüb.

Bundan başqa, həkim bildirir ki, yaşıl yarpaqlı tərəvəzlər, yerkökü, balqabaq və şirin kartof orqanizmi A vitamini ilə, qoz-fındıq, ispanaq, təmizlənməmiş günəbaxan yağı isə E vitamini ilə təmin edir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir