Acı bibər turşusu vitamin bazasıdır desək, yanılmarıq. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngindir.
Acı duzlu bibərin əsas növlərini və faydalarını təqdim edir:
Acı bibər, ən sadə formada olsa da, masaların tacıdır. Bir ədəd acı bibər gündəlik A vitamini tələbatımızın 25%-ni ödəyir. Bir böyük Çili bibəri isə gündəlik C vitamini ehtiyacının demək olar ki, hamısını qarşılayır.
Acı, duzlu bibər yalnız kalorisiz bir qida deyil, o həm də arıqlamağa kömək edir. Yüksək lifli qida olduğundan həzm problemləri üçün faydalıdır. Sərbəst radikalları məhv edən acı bibər turşusu xərçənglə də effektiv mübarizə aparır.
Bu turşunun suyunda insan orqanizmi üçün zəruri olan maqnezium, dəmir, kalium və kalsium kimi bir çox mineral var. Daha çox qış aylarında istehlak edilən turşu immunitet sistemini gücləndirir, insanı soyuqdan qoruyur. Bədəni gücləndirir və mikroblara qarşı mübarizədə yardımçı olur.
Fermentləşdirilmiş üzvi sirkə ilə hazırlanan acı bibər turşusu həzm sistemindəki zərərli mikroblara qarşı faydalı bakteriyalar yaradır. Tərkibindəki süd turşusu qan dövranını artırır və damarları açır.
Sirkə pektin adlı maddə ilə zəngin olduğundan ürək-damar xəstəlikləri olanlara müsbət təsir göstərir. Ancaq faydaları çox olsa da, az yeyilməlidir. Çünki həddindən artıq istehlak edilərsə, hemoroid kimi problemləri gücləndirər, böyrəklərə mənfi təsir edər.