Ürək zəifliyinin 6 əsas əlaməti açıqlandı…

Araşdırma

İlk simptomlar meydana çıxan kimi həkiminizlə əlaqə saxlamalısınız…

Kardioloq Yuri Belenkov ürək xəstəliyindən ən çox kimlərin əziyyət çəkməsi, ürək problemlərinin olub-olmadığını müəyyən etməyin yolları haqda danışıb.
ria24.az bu barədə İsrail mediasına istinadla xəbər verir.
Tübb mütəxəssisinin sözlərinə görə, ürək problemləri ən çox 35 yaşdan yuxarı kişiləri və 60 yaşdan yuxarı qadınları narahat edir. Y.Belenkov  ürək əzələsinin zəifliyini göstərən 6 əsas əlaməti adlandırıb.
Həkim bildirib ki, 1-ci əlamət fiziki gərginlik zamanı təngnəfəslik, 2-cisi isə sürətli ürək döyüntüsüdür. Belenkov, ayağın şişməsi və öskürəyi zəif ürəyin 3-cü və 4-cü  əlamətləri hesab edir. Mütəxəssis müalicə edilmədiyi təqdirdə ürək öskürəyinin ürək astması və ya ağciyər ödəminin inkişafına səbəb ola biləcəyi haqda da xəbərdarlıq edib.
“5-ci əlamət – minimal güc sərf edən zaman yorğunluğun yaranmasıdır. 6-cı əlamət isə dəri solğunluğudur”-deyə kardioloq əlavə edib.
Mütəxəssis sözügedən əlamətlərdən hər hansı biri aşkar olunan kimi həkimə üz tutmağı tövsiyə edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir