“Lotu Quli”Nin Antalyada Öldürüldüyü Otel Kimindir?

Vertex İnvestment Limited” şirkəti oteli azərbaycanlıya həvalə edibmiş.

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb. Başından 4 güllə yarası aldığı iddia olunan Nadir Səlifov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onu öldürənin öz yaxın adamı Xan Əhmədlinski ləqəbli kriminal avtoritet olduğu bildirilir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Hadisə “Alva Donna Exclusive Hotel & Spa” adlı turistik təsisdə baş verib.
Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.
Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb. Bundan sonra adıçəkilən şirkət Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. (demokrat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir