Ruhumuzun vitamini nədir?..

Bizim bədənimiz vitaminlərin sayəsində öz vəzifəsini yerinə yetirə bilir. Bu vitaminlərin əksər hissəsi yeyəcəklər vasitəsilə bədənə daxil olur.
Bizim ruhumuzun da vitaminə ehtiyacı vardır. Əgər ruhumuz lazımlı miqdarda vitamin qəbul etsə, özümüzü daha gümrah və daha şad hiss edərik. Əgər vitaminimiz az olsa, tənbəllik və süstlük özünü göstərər.

Psixoloqların nəzərinə görə ruhu qidalandırmağın yolları çoxdur. Onların təklif etdiyi yollar: gəzintiyə çıxmaq, həyatda stimula malik olmaq, dostlarla bir yerdə vaxt keçirtmək, sevdiyin işlərlə məşğul olmaq…

İmam Əlinin (ə) nəzərinə görə isə insan ruhunun vitamini – Allahı zikr etməkdir. Əziz İmam (ə) buyurur ki, Allahı yada salmaq – qəlbin nurani olmasına gətirib çıxardar. Allahı yada salmaq işlərində müvəffəq olmağa, daxilinin aydınlanmasına səbəb olar.

Hər kim Allahı çoxlu yada salarsa, bəsirət əldə edər.
Hər kim Allahı yada salarsa, fikirləri aydın olar.
Allahı davamlı olaraq yada salmaq – qəlbi və düşüncəni aydın edər. (Həvzəh)

Qurani-Kərimdə buyurulur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!“ (“Rəd“ surəsi, ayə 28.)

İmam Səccad (ə) “Əbu Həmzə Somali” duasında Allah Təalaya xitabən buyurur: “Ey mənim mövlam! Səni yad etməklə qəlbim dirilir və Səninlə münacat etməklə qorxu hissim (Səndən ayrılmaq qorxum) təskinlik tapır”.

Uca Allah bizləri ruhunu qidalandıranlardan qərar versin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir