
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikitərəfli görüş başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, daha sonra hər iki tərəfin mətbuata açıqlama verməsi gözlənilir.
***
20:19
İstanbulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü keçirilir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş yerli vaxtla 19:00-da başlayıb.
Daha sonra, Rusiya və Ukrayna nümayəndə heyətlərinin ikitərəfli görüş keçirəcəyi gözlənilir.