İran hazırda ABŞ-la dialoq aparmağı planlaşdırmır – XİN

Asiya

Hələlik İranın ABŞ-la danışıqlar aparmaq planı yoxdur.

APA xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.

O, çıxışında İranın hazırda ABŞ-la danışıqlar aparmağı planlaşdırmadığını bildirib.

“İstənilən mümkün danışıqlar prosesində ölkənin müdafiə qabiliyyəti müzakirə mövzusu olmayacaq”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir