XİN Pakistan vətəndaşlarının Ukraynadakı müharibədə iştirakını təkzib edib

Asiya

“Pakistan vətəndaşlarının Ukrayna–Rusiya müharibəsində iştirakını qəti şəkildə təkzib edirik”.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hökumət Ukrayna tərəfinə bu məsələnin dəqiqləşdirilməsi ilə bağlı hər hansı müraciət etməyib və rəsmi İslamabada bu faktları təsdiqləyən hər hansı sübutlar təqdim olunmayıb.

Açıqlamada həmçinin, Pakistanın bu məsələni Ukrayna rəsmiləri ilə müzakirə edəcəyi vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir